DSMF-dən işəgötürənlərin sosial hesablanmasına təsir edən açıqlama

DSMF-dən işəgötürənlərin sosial hesablanmasına təsir edən açıqlama

Azərbaycanda hər bir peşə və ya xidmət sahəsinə uyğun olaraq vergi tətbiq olunacaq. Artıq bununla bağlı beynəlxalq təcrübə öyrənilir. Hazırda üzərində iş aparılan bu layihə Azərbaycanda bəzi müəssisələrin əmək haqqını az göstərməklə, vergidən yayınma hallarının qarşını almaq məqsədilə həyata keçiriləcək.

 Bunu “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun (DMSF) Maliyyə-büdcə şöbəsinin sığorta edənlərin mərkəzləşdirilmiş uçotunun təşkili şöbəsindən bildiriblər.
 Məlumata görə, gələcəkdə tətbiq olunması nəzərdə tutulan qanun layihəsində faiz dərəcələrinin dəyişilməsi və ya xidmət sahələrinə uyğun olaraq faiz dərəcələrinin müəyyən edilməsi kimi məqamlar öz əksini tapacaq.
 “Məsələn, elə müəssisələr var ki, işçiyə 800 manat əmək haqqı ödəyir. Amma əmək haqqı fondunda 200 manat göstərir. Bununla da, müəssisə sosial sığorta haqqından yayınır. Məlum olduğu kimi Azərbaycanda məcburi dövlət sosial sığorta haqqının dərəcəsi 25% təşkil edir. Onlardan 22% işəgötürən tərəfindən ödənilir, 3% isə işçinin əmək haqqından tutulur. Odur ki, 200 manatla 800 manat arasında olan fərqin nə dərəcədə olduğu görünür. Bütün bunlar real potensial bazar iqtisadiyyatının formalaşması üçün həyata keçirilir ”, - deyə fonddan bildiriblər.

 

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

1 Komment

  1. Nusret 19 Sentyabr 2021

    Mənim sosialima niyə təyinat vermirlər kasıb adamam dolana bilmirem

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər