DSMF-dən işəgötürənlərə yeni proqram təminatının təqdimatı

DSMF-dən işəgötürənlərə yeni proqram təminatının təqdimatı

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə göstərilən elektron xidmətlərin siyahısını genişləndirməkdə davam edir. Trend-in məlumatına görə, bu barədə fondun Maliyyə-büdcə şöbəsinin sektor rəisi Rüfət Oruclu çərşənbə axşamı elektron hesabatlılıq xidmətinin təqdimatı zamanı bildirib.

Oruclu qeyd edib: "Bu xidmətin mahiyyəti ondan ibarətdir ki, icbari dövlət sosial sığortasının ödəyiciləri, işəgötürənlər bütün lazım olan hesabat paketinin doldurulması üçün xüsusi proqram təminatından faydalana bilərlər".
Onun sözlərinə görə, lazımi proqram təminatını (PT) DSMF-nin rəsmi sspf.gov.az. saytından yükləmək mümkündür: "Bu proqramlar işəgötürənlərə icbari dövlət sosial sığortası üzrə hesabatları (В1 və В2), onlar tərəfindən sığortalanmış şəxslər haqqında informasiyanı (В3) elektron formada doldurmaq və DSMF-yə göndərməkdə kömək edəcək. Bundan başqa, sığortanın bu növü üzrə rüblük (illik) hesabatların doldurulması və təqdim edilməsi, eləcə də kənd təsərürfatı üçün yararlı olan torpaqların sahibləri üçün PT təqdim edilib. Bundan başqa, yüklənən paketə lazımlı yaddaş və istifadə qaydaları da daxil edilib".
Onun sözlərinə görə, hazırda DSMF 11 mindən artıq iri və orta sığortaçıdan tam elektron şəkildə belə hesabatlar alır: "Bakıda hesabatılığın elektron forması tamamilə təmin olunub. Eyni zamanda, qeyri-avtomatlaşdırılmış şəkildə mühasibat aparan xırda sahibkarlar, torpaq sahibləri, eləcə də fərdi sahibkarlar elektron hesabatlılığa keçid üçün xüsusi olaraq hazırlanmış "yardım masaları"ndan istifadə edə bilərlər. Bu masalar DSMF-nin bütün yerli şöbələrində təşkil olunub. Onların köməyi ilə vətəndaşlar hesabatları DSMF-yə elektron formada təqdim edə biləcəklər".

 

“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected]  adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər