Dövlət qulluğundan çalışmaq istəyənlər üçün XƏBƏR
Müraciət və sənədlərin qəbulu 3 formada aparılır
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 01 aprel 2014-cü il tarixdən 30 aprel 2014-cü il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.
Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Əlaqə vasitələri: E-poçt: [email protected] , Telefon:(012) 465-87-93 (#202,#203,#470,#124, #127, #128),(012) 465-34-71(qaynar xətt)
0 Komment
Şərh yazın