Gəlir vergisi, yaşayış minimumu və minimum əmək haqqı ilə bağlı Aktual sual

Gəlir vergisi, yaşayış minimumu və minimum əmək haqqı ilə bağlı Aktual sual

Vergilər Nazirliyi bu sualın cavabını izahla verir...

Sual: Salam.

1. Əmək haqqından gəlir vergisi qaydaları (faiz normaları) 01.01.2014-ci ildən hansı dəyişilik olub.

2. Yaşayış minumumu neçə manat nəzərdə tutulur.

3. Minimumum əmək haqqının məbləği 200 manatdan neçəyə qaldırılıb. Təşəkkür edirəm

Cəmşid İrzaquliyev

Cavab: Bildiririk ki, 01.01.2014-cü il tarixindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin dərəcələrinə (Vergi Məcəlləsinin 101.1-ci maddəsinə) hər-hansı dəyişiklik olmamışdır. Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda, həmin gəlirin əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli miqdarında olan hissəsi gəlir vergisinə cəlb edilmir ki, bu göstərici “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” 22.11.2013-cü il tarixli 809-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2014-cü il üçün yanvar ayının 1-dən 136 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 31.08.2013-cü il tarixli 3112 nömrəli Sərəncamı ilə 01.09.2013-cü il tarixdən minimum aylıq əmək haqqının məbləği 105 manat müəyyən edilmişdir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər