Vakansiya! İnsan resursları mütəxəssisi çalışmaq istəyənlər üçün
Tanınmış şirkətdə işə qəbul prosesinin həyata keçirəcək
Şirkət: “Mətanət A” Şirkəti
Vəzifə: İnsan resursları mütəxəssisi
Əsas öhdəliklər:
Ø İşə qəbul prosesinin həyata keçirilməsi;
Ø Şöbələrin idarəedilməsi prosesinin həyata keçirilməsi;
Ø İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkili və tətbiqinə nəzarət;
Ø İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və isdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili;
Ø İnsan resursları üzrə siyasət və qaydalara əməl olunmasına nəzarət;
Ø Digər şirkətdaxili siyasət və qaydalarla əməkdasların təlimatlandırılmasının təşkili, onların düzgün mənimsənilməsinə əmin olmaq ücün vaxtaşırı testlər kecirmək;
Ø Şirkət üzrə vəzifə təlimatlarının davamlı olaraq təkmilləşdirilməsinin təşkili və ekspertiza təminatı;
Ø Struktur bölmələr üzrə test bankının formalaşdırılmasının təşkili;
Ø Şirkət daxili karyera planlamasının təşkil edilməsi üçün aparıcı və rəhbər vəzifələrin ehtiyat kadr bankının təşkili;
Ø Dayanıqlı kadr təminatı ilə bağlı uğurlu namizədlərin ehtiyat kadr bankının təşkili;
Ø Vakansiyalara uyğun namizədlərin axtarışını və namizədlərin cəlb olunmasının təşkili;
Ø Vakant yerlər üçün dəvət edilən namizədlərlə müsahibələrin təşkili;
Ø Namizədlərin dəyərləndirilməsi və seçilməsi prosesinin həyata keçirilməsi;
Ø Karyera tələblərini analiz edərək müvafiq təkliflərin hazırlanması;
Ø Şirkətdə kadrların fəaliyyəti ilə bağlı mütəmadi olaraq monitorinqlərin keçirilməsi;
Ø Şirkətdə kadr axınının analizini aparılması, obyektiv və subyektiv səbəblər haqqında təkliflər hazırlanması;
Ø Sınaq müddətində işçinin iş planının formasına nəzarət;
Ø İnsan Resursları Departamenti tərəfindən keçirilən müsahibə-dəyərləndirmədən müsbət rəylə çıxan namizədlərlə bölmə rəhbərlərinin görüşünün təşkili;
Ø Yekun müsahibədən müsbət rəy alan namizədlərin Şirkətin rəhbəri ilə görüşdürülməsinin təminatı;
Ø Şirkət rəhbərinin “işə qəbul” qərarından sonra namizədləri sənədləşdirilmək üçün Kadrlar şöbəsinə təqdim edilməsi;
Ø Şirkət üzrə kadrların professionallığının artırılması və bu prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak etmək və öz təkliflərini rəhbərliyə bildirmək;
Ø İnsan resursları departamentinin iş fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təşkil olunan treninqlərdə iştirak etmək;
Ø İnsan Resursları Departamenti direktorunun göstəriş və tapşırıqlarını yerinə yetirmək;
Ø Treninq ehtiyaclarının öyrənilməsi və inkisaf planlarının hazırlanması;
Ø Gördüyü işlərlə bağlı rəhbərinə hesabat vermək.
Tələblər
Ø Ali təhsil;
Ø Azərbaycan və rus dillərini bilən;
Ø İR sistemində 1-3 il iş təcrübəsi;
Ø Kollektivdə işləməyi bacaran;
Ø Problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı;
Ø Təmkinlilik, etibarlılıq, özünə inam;
Ø Müəssisədə uyğunlaşmaya və işinə hakim olma;
Ø Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;
Ø Yaş həddi 25-35-adək;
Ø Liderlik xüsusiyyətlərinə sahib olmalı, inkişaf etmiş, kommunikativ bacarığı, məsuliyyətlilik, ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti olan,
Ø MS Office və 1C proqramlarını bilən.
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "İnsan resursları mütəxəssisi" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
Tərcümeyi-hallar 10.04.2014-cü il tarixinədək qəbul ediləcəkdir.
ü Əmək haqqı razılaşma ilə müəyyən ediləcəkdir.
ü Nahar və servis Şirkət hesabına təmin edilir.
“Mətanət A” Şirkəti
Bakı-Sumqayıt şossesi 13,5 km
Azərbayan, Bakı AZ0123
Tel.: (+994 12) 342 93 88
(+994 50) 278 65 29
Faks: (+994 12) 342 93 93
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
0 Komment
Şərh yazın