İşçinin əmək haqqısının 164 manat 38 qəp olunmasına vergi orqanı niyə irad tutur?
Vergi orqanı bir işçinin orta aylıq əmək haqqı 164 manat 38 qəp təşkil etməsini qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir
Sual: Salam. Respublika üzrə müəyyən edilmiş bir işçinin orta aylıq əmək haqqı məbləği neçədir? Yanvar 2014-cü il üzrə təqdim etdiyimiz ƏDV bəyannaməsinə əsasən bir işçinin orta aylıq əmək haqqı 164 manat 38 qəp təşkil etməsinə baxmayaraq bu vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir. Xahiş edirəm ki, sualıma aydınlıq gətirəsiniz.
İsmayılova Xalmağa
Cavab: Bildiririk ki, Respublika üzrə müəyyən edilmiş bir işçinin orta aylıq əmək haqqı barədə məlumatı Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.
Bununla belə nəzərənizə çatdırırıq ki, əhalinin həyat səviyyəsinin, eləcə də gəlirlərinin artmasına baxmayaraq, vergi orqanına təqdim olunan vergi bəyannamələrdə real vəziyyətə uyğun göstəricilər əks etdirilmir.
Odur ki, tərəfinizdən təqdim edilən bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin real əks etdirilməsi, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə vergi orqanına təqdim etdiyiniz bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluqlar olduqda bu barədə əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz və bu uyğunsuzluğa dair hər hansı izahatların alınması üçün isə müvafiq sənədlərlə birlikdə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın