Prezident sahibkarların işini ASANlaşdırılması ilə bağlı fərman imzaladı
Hansı sahələr üzrə mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə işlər görüləcək
Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb
“Qafqazinfo”nun məlumatına görə, fərmanda qeyd olunur ki, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika Nazirliyi ilə birlikdə tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC və "Bakıelektrikşəbəkə" ASC ilə birlikdə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın