“ASAN xidmət” mərkəzinə müraciət etməklə hansı rayonlara qeydiyyata düşmək olar?

“ASAN xidmət” mərkəzinə müraciət etməklə hansı rayonlara qeydiyyata düşmək olar?

 Rayonların siyahısı

1 saylı Bakı "ASAN xidmət" mərkəzində (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç., 36) Azərbaycan Respublikasının istənilən ərazisindən Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.
2 saylı Bakı “ASAN xidmət” mərkəzində (ünvan: Bakı şəhəri Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi ) Azərbaycan Respublikasının istənilən ərazisindən Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonlarından hər hansı birinə qeydiyyata  alınma ilə bağlı xidmət göstərilir.

3 saylı Bakı “ASAN xidmət” mərkəzində (ünvan: Bakı şəhəri , A. M. Şərifzadə küç., 39) Azərbaycan Respublikasının istənilən ərazisindən Bakı şəhərinin Yasmal, Səbail və Qaradağ rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.
Sumqayıt “ASAN xidmət” mərkəzində (ünvan: Sumqayıt şəhəri, 15-ci məhəllə Bakı küçəsi 42D) Azərbaycan Respublikasının istənilən ərazisindən Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran, Siyəzən rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.
Gəncə “ASAN xidmət” mərkəzində (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 87A ) Azərbaycan Respublikasının istənilən ərazisindən Gəncə və Naftalan şəhəri, Samux, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarından hər hansı birinə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.

 “Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər