Azərbaycanda rəsmən işsiz olan sayı açıqlandı
Maraqlıdır ki, qeyri rəsmi olaraq işsiz olanların sayı nə qədər olar?
Bu il fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 761,3 min nəfər olub, onlardan 4 525,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1 510,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 900,2 min nəfər, qeyri-dövlət bölməsində isə 609,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft sektorunda isə 1 472,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 466,7 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.
Xidmət sahəsində çalışanların 22,4%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Bu il fevralın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olub, onların 41,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 256,1 manat olub.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik
0 Komment
Şərh yazın