Ali məktəblərə qəbul imtahanları zamanı istifadə edilən test tapşırıqları cətinləşdirilib?

Ali məktəblərə qəbul imtahanları zamanı istifadə edilən test tapşırıqları cətinləşdirilib?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadən açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanları zamanı istifadə edilən test tapşırıqlarının çətinlik səviyyəsinin artırılması barədə səslənən fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Abbaszadə bu gün keçirilən müşavirədə deyib ki, testlər hər ilin məzunlarının bilik səviyyəsinə uyğun hazırlanır: "2011-ci ildən biz açıq testlər tətbiq edirik. Açıq testlər qiymətləndirmə üçün daha dəqiq alətdir. Ancaq biz açıq testləri daxil etdikdən sonra qəbul nəticələri dəyişməyib".

İki il bundan əvvəl ilk dəfə buraxılış imtahanları keçirdiklərini deyən TQDK sədrinin sözlərinə görə, bu il ilk dəfə olaraq, 2 il əvvəl 9-cu sinif məzunlarının 11-ci sinif məzunu kimi bilik səviyyələri yoxlanacaq: "Onda biz biləcəyik ki, bu 2 ildə uşaqların bilik səviyyəsi necə yüksəlib. Təbii ki, burada yalnız məktəblərin deyil, repetitorların da rolu var. Çünki abituriyentlərin bir qismini onlar hazırlaşdırırlar".

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər