Azərbaycanda bu da baş verdi: "Şəhid ailəsi" sənədi saxta çıxdı...

Azərbaycanda bu da baş verdi: "Şəhid ailəsi" sənədi saxta çıxdı...

Əsli Həsənova 2007-ci ildən etibarən bu statusla sosial müavinət alırmış...

Saxta sənədlər əsasında sosial müavinət alınması ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxta sənədlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət alınmasına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edərək 2007-ci ildə "Şəhid ailəsi" statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər