SOCAR Gürcüstanın büdcəsinə inanılmaz məbləğdə VERGİ ödəyib..
“SOCAR Georgia Petroleum” şirkəti Gürcüstanın ən böyük vergi ödəyicisi elan olunub
Bu gün Tbilisidə 2013-cü ildə Gürcüstanın neft məhsulları sektorunda uğur qazanmış şirkətlərin mükafatlandırılma mərasimi olub.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, Neft Məhsulları İdxalçıları İttifaqı tərəfindən təşkil olunmuş mərasimdə Gürcüstan hökumətinin və dövlət strukturlarının, diplomatik missiyaların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, həmçinin ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri iştirak ediblər. “SOCAR Energy Georgia” şirkəti ən böyük investor və ən mühüm sosial layihələrin müəllifi kimi xüsusi diplom və mükafata layiq görülüb.
“SOCAR Georgia Petroleum” şirkəti isə ölkənin ən böyük vergi ödəyicisi elan olunub. 2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödənilib. 2006-cı ildən bu vaxtadək şirkət Gürcüstanın dövlət büdcəsinə ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 dollar) məbləğində vergi ödəyib.
Qeyd edək ki, ötən il “SOCAR Georgia Petroleum” vasitəsilə Gürcüstanda SOCAR brendi ilə 11 yeni yanacaqdoldurma məntəqəsi açılıb. Bunlardan 4-ü qazdoldurma stansiyası, 6-sı multi-funksional kompleksdir. Hazırda 9 yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Ümumilikdə Gürcüstanda SOCAR brendi ilə 106 YDM fəaliyyət göstərir. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın