Artıq "Kupça"nı almaq da çox ASAN olacaq...

Artıq "Kupça"nı almaq da çox ASAN olacaq...

Prezidentin fərmanı ilə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısının genişlənib. 

Aşağıdakı 4 dövlət xidməti artıq vətəndaşlara “ASAN xidmət” mərkəzləri vasitəsi ilə çatdırılacaqdır.

- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu.”

 

Belə ki, artıq bu xidmət indiyədək mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarış və texniki pasportların verirdirsə, son dəyişiklilərdən sonra artıq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatını da həyata keçirəcək. Eyni zamanda, əgər əvvələr “ASAN xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini həyata keçirəcək. Bununla yanaşı, yeni dəyişikliklərdən sonra sözügedən xidmət yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması vəxaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu həyata keçirəcək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər