Vergi işçilərinin də ARABASI var...
Bu maşından istifadənin vergi ödəyicilərinə hansı müsbət təsiri olacaq?
Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin istehlakçılarına daha da yaxınlaşdırılması, onların insanlar üçün daha rahat və əlçatan olmasının təmin edilməsi, xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi, vergi təbliğatının ünvanlı şəkildə aparılması məqsədilə xüsusi nəqliyyat vasitələri alınmış və onların üzərində Vergilər Nazirliyinin atributları (nazirliyin adı, loqosu, internet saytının rəsmi ünvanı) habelə "195 Çağrı Mərkəzi" sözləri yerləşdirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, avtomobillərdən bilavasitə vergi ödəyicilərinə xidmətlərin göstərilməsi sahəsində, o cümlədən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə, "vergi xidməti günləri"ndə, məktəblərdə şagird və tələbələrlə, eləcə də "Vergi dostları" layihəsinin iştirakçıları ilə keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə istifadə olunacaq.
Bu avtomobillərdən istifadə olunması xidmət mərkəzlərində vətəndaşlardan və vergi ödəyicilərindən kağız daşıyıcılarında qəbul edilmiş sənədlərin vaxtında icra olunması üçün vergi orqanına və əks istiqamətdə daha operativ qaydada çatdırılmasına da imkan verəcək.
VERGI Q.T
“Monitor Konsaltinq Servis” MMC fevral ayından etibarən yeni nəşrini oxucuların istifadəsinə verəcək: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın