Nazirlər Kabinetidnən məcburi köçkünlər üçün gözlənilən qərar
Müddət 2015-ci il yanvarın 1-dək uzadılıb.
Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.
Nazirlər Kabinetindən daxil olan məlumata görə, 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minmiş bu qərara əsasən, Ermənistan Silahlı Qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılıb.
Məlumata görə, həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın