1 aylıq tədris proqramı ilə mühasibat uçotunu yeni öyrənmək istəyənlər üçün

1 aylıq tədris proqramı ilə mühasibat uçotunu yeni öyrənmək istəyənlər üçün

Başlanılmasına qərar verilən yeni kursda hansı dərslər tədris olunacaq?

“Monitor Konsaltinq Servis” MMC-in təşkil etdiyi kurs haqqında məlumat

 MÜHASİBAT   UÇOTU  KURSLARI   ÜÇÜN PROQRAMLAR


Kurslar təşkilatımızın nəşrləri olan "Mühasibat uçotu" və "Əmək Münasibətləri: A-dan Z-yə" kitabının ərsəyə gəlməsində böyük əməyi olan, Sərbəst auditor Altay Cəfərov tərəfindən həyata keçiriləcək.

Kurs 1 ay davam edəcək. Dərslər hər biri 90 dəqiqə olmaqla həftədə 2 dəfə keçiriləcək.  Daha ətraflı məlumatı [email protected] email adressinə yazmaqla və ya 012-437-32-67 saylı vəya 050-265-72-65 saylı telefonla zəng etməklə öyrənə bilərsiniz.



Bu səviyyə üzrə aşağıdakı mövzularda dərslər keçiriləcək:

KURSUN PROQRAMI

1-ci dərsdə tədris olunacaq materiallar
Mühasibat uçotu haqqında ümumi biliklər,  Müxabirləşmələr (ikili yazılış).
Mühasibat uçotununun köhnə və yeni hesablar planı;
Mühasibat uçotunun sintetik və analitik uçotu.
2-ci dərsdə tədris olunacaq materiallar
Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, debitor - kreditor borcları, öhdəliklər, gəlirlər, xərclər, mənfəət, maliyyə aktivləri, balansda olan digər maddələr haqqında məlumat.
3-cü dərsdə tədris olunacaq materiallar
Ciddi hesabat blankları və onların doldurulması;
Kassa əməliyyatlarının aparılması, rəsmiləşdirilməsi, kassa kitabı;
Bank əməliyyatlaırının aparılması, rəsmiləşdirilməsi.
4-cü dərsdə tədris olunacaq materiallar
Təhtəlhesab əməliyyatlar və onların rəsmiləşdirilməsi;
Əməkhaqqının hesablanılması, uçotunun aparılması və rəsmiləşdirilməsi.
Təşkilatlarla, debitor və kreditorlarla hesablaşmaların aparılması  və  formalaşdırılması.
 5-ci dərsdə tədris olunacaq materiallar
Memorial order, onların quruplaşdırılması, dövrüyyə cədvəlləri və Baş kitab.
Müəyyən təsərrüfat əməliyyatlarının müxabirləşməsi, analitik uçotda dövrüyyə cədvəlində əks olunması ilə bağlı nümunələr.
6-cı dərsdə tədris olunacaq materiallar
Vergi uçotu haqqında məlumat və vergi bəyannamələri haqqında məlumat;
7-ci dərsdə tədris olunacaq materiallar
Məcburi sosial sığorta hesablamaları, Sosial sığorta haqqında qanunvericiliyin tələbləri, hesabatlar haqqında məlumatlar.
Dövlət Əmək Müfəttişliyi Xidməti, Məşğulluq və Statistika  hesabatları haqqında məlumat.
8-ci dərsdə tədris olunacaq materiallar
Milli Mühasibat Uçotu Stardartları və  Beynəlxalq Maliyyə Hesabatları Standartları haqqında ümumi məlumatlar.
 
Yekun imtahan və sertifikatların təqdim olunması
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər