Vergilər Nazirliyi vergi ödəyicilərini niyə 11 risk qrupuna böldü?
"Gələcəkdə vergi ödəyicilərinin də özlərinin bu risk dərəcələrini müəyyənləşdirmək imkanı olacaq"
Economics Azərbaycanda vergidən yayınma risklərinin qiymətləndirilməsinə başlanılıb.
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan vergi forumunda Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev bildirib.
Onun sözlərinə görə, vergi ödəyiciləri ödədiyi ümumi verginin fəaliyyət göstərdiyi bölgə və fəaliyyət növünə görə müəyyən edilmiş orta statistik vergi məbləğinin nisbətinə görə 11 risk qrupuna bölünür. Bu risklər 0-5 ballıq sistemlə qiymətləndirilir.
İdarə rəisi bildirib ki, bu risk dərəcəsinə əsasən, vergi ödəyicisi ilə partnyorluq sazişi imzalanmasına baxılacaq: «Gələcəkdə vergi ödəyicilərinin də özlərinin bu risk dərəcələrini müəyyənləşdirmək imkanı olacaq. Bunun üçün Vergilər Nazirliyinin saytında şərait yaradılacaq».
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın