HR və Mühasiblər, bu xəbərə DİQQƏT!!!

HR və Mühasiblər, bu xəbərə DİQQƏT!!!

Prezident Vergi Məcəlləsindəki 102.1.6-ci maddəsindəki rəqəmi nə qədər və hansı tarixdən artırdı?

Azərbaycan Respublikasının Prezidenti  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb. Həmin dəyişikliyə əsasən, 102.1.6-ci maddədə nəzərdə tutulan 200 manat 250 manatla əvəz edilib. Qərara əsasən, bu dəyişiklik 01 sentyabr 2013-cü ildən tətbiq edilməlidir.
Artiq bu sərəncamdan sonra təşkilatlar əsas iş yerində çalışan işçilərə hesabladığı 250 manatdan aşağı əmək haqqılarda 01 sentyabr – 31 dekabr 2013-cü il tarixlərdə 125 manat və 01 yanvar 2014-cü il tarixdən etibarən 136 manat çıxdıqdan sonra gəlir vergisi hesablamalıdır.
Misal üçün, dəyişikliyə qədər əsas iş yerində 230 manat əmək haqqı alan və Vergi Məcəlləsinə uyğun olaraq heç bir güzəşti olmayan işçinin noyabr ayı üçün hesablanan gəlir vergisi 32,20 ((230x 14 faiz) manat olduğu halda, dəyişiklikdən sonra bu rəqəm 14,70 ((230 -125)x14 faiz) manat olacaq. Deməli, dəyişiklik nəticəsində əsas iş yerində 230 manat əmək haqqı alan işçinin aylıq əmək haqqısında 17,50 (32,20 -14,70) manat artım olacaq.

İndi Sizə həmin qanunu təqdim edirik:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində 102.1.6-cı maddədə “200” rəqəmləri “250” rəqəmləri və “2400” rəqəmləri “3000” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişikliklər 2013-cü il sentyabrın 1-dən tətbiq edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il.

 

“Monitor Konsaltinq Servis” MMC fevral ayından etibarən yeni nəşrini oxucuların istifadəsinə verəcək: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected]  adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər