"İşləyəndə belə mühasib işləyərsən" deyənlər üçün xəbər...
İşçilərə əsassız olaraq 34,3 min manat məbləğində əməkhaqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38,7 min manat məbləğində artıq vəsaitin ödənilməsi və daha nələr-nələr...
Elmi tədqiqat institutunun vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14 min manat məbləğində əməkhaqqının hesablanması, işçilərə əsassız olaraq 34,3 min manat məbləğində əməkhaqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38,7 min manat məbləğində artıq vəsaitin ödənilməsi, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12,2 min manat məbləğində əməkhaqqının ödənilməsi, 77,7 min manat dəyərində inventar və avadanlığın çatışmazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26,1 min manat məbləğində vəsaitin hesabdan əsassız silinməsi, 61,3 min manat dəyərində dərman preparatlarının əsassız silinməsi, nəqliyyat vasitələri üçün 5,1 min manat dəyərində yanacağın artıq silinməsi və digər qanun pozuntularına yol vermələrində əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın