Müdafiə Nazirliyinin hərbi hissələrinin maliyyə xidmətində işləmək istəyənlər üçün

Müdafiə Nazirliyinin hərbi hissələrinin maliyyə xidmətində işləmək istəyənlər üçün

Bu xəbəri diqqətli oxumanız lazım...

Müdafiə Nazirliyinin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunublar.

APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

 
O, qeyd edib ki, 2013-cü ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə cinayət işi başlanıb.
 
Həmin cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər