Hansı müəssisədə işçiyə hesablanmış əmək haqqını maliyyəçi mənsiməyib?

Hansı müəssisədə işçiyə hesablanmış əmək haqqını maliyyəçi mənsiməyib?

Baş Prokurorluğun yaydığı məlumat Əligül müəllim əliaçıqlıq etməyib...

Azərbaycanda şirkət direktorunun müavini ilə bağlı mənimsəmə faktı üzrə cinayət işi açılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  “Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

 
Araşdırma zamanı 2011-2013-cü illərdə cəmiyyətdə işləyən Səməd Kərimova hesablanmış 7.500 manat məbləğində əmək haqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsi ilə bankomatdan çıxarılaraq mənimsənilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə )  maddələri  ilə cinayət işi başlanılıb.
 
Hazırda iş üzrə istintaq davam etdirilir.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər