İşçinin əməliyyat olunması üçün ödənilən 1400 manat məbləğin gəlir vergisi
Misalla gəlir vergisinin hesabanmasının izahı
Tutaq ki, işçinin müalicə olunmaq üçün maddi yardıma ehtiyacı var və müvafiq xəstəxanadan arayış və hesab-faktura gətirib ki, əməliyyat xərcləri və sonrakı reabilitasiya üçün 1400 manat vəsait lazımdır. Əgər təşkilat rəhbərliyi işçinin müəssisə üçün önəmini, məhsuldarlığını nəzərə alaraq müalicə haqqı kimi 1400 manat maddi yardımı birbaşa xəstəxananın hesabına ödəsə, bu zaman 1000 manat məbləğ vergidən azad olunur, yerdə qalan 400 manatdan isə gəlir vergisi tutulur.
Nəzərə alsaq ki, işçi həmin ay işlədiyi iş günlərinə görə 220 manat əməkhaqqı alıb, onda aylıq gəliri 620 manat (220+ 400) olacaq. Həmin məbləğdən isə 86,80 manat (620 * 14%) gəlir vergisi tutulacaq. Ancaq burada çox maraqlı bir məqam var. Məlumdur ki, təşkilat 400 manatı xəstəxananın hesabına ödəyib. Ona görə də hesablanmış gəlir vergisi işçinin əməkhaqqından (220 – 86,80) çıxılacaq.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın