SOCAR benzin stansiyalarında benzinin qiymətini aşağı saldı

SOCAR benzin stansiyalarında benzinin qiymətini aşağı saldı

Təəssüf ki, bunu ölkəmizdə etməyib...

Gürcüstanın neft kampaniyası bayram günlərində benzin və dizel yanacağının qiymətini aşağı salıb. Xüsusilə də, “Lukoil Georgia” kampaniyası yanvarın 5-dən benzin və dizel yanacağının pərakəndə qiymətində 5-10 tetri endirim edib (1 lari – 0,58 ABŞ dollarıdır).

Beləliklə, hazırda “avro requlyar” benzinin qiyməti 1,97 lari, “avro super” benzinin qiyməti isə 2,22 laridir.


Bundan öncə, “Sun Petroleum Georgia” şirkəti də benzinin bəzi növlərində endirim edib. Məsələn, bu kampaniya “avro requlyar” benzinini 2,02 lariyə satır. Dizel yanacağının bir litri isə 2,04 laridir. Hər ikisində qiymət 5 tetri aşağı düşüb.

Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR da Gürcüstanda öz qiymətlərini aşağı salıb. Məsələn, “avro requlyar” benzinin qiymətində bu şirkət də 5 tetri endirim edib.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər