Vergi Məcəlləsinə Ciddi dəyişiklik
Məcəllənin 36.5-ci maddəsi niyə ləğv edildi?
Azərbaycanda vergi azadolmalarının və güzəştlərinin verilməsi heç bir normativ hüquq aktları ilə deyil, yalnız Vergil Məcəlləsi ilə müəyyənləşdiriləcək. Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda nəzərdə tutulub.
Bundan başqa, Məcəllənin 36.5-ci maddəsi ləğv edilərək 3.9-cu bənd şəklində 38-ci maddəyə əlavə edilib. Bu bəndə əsasən, vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.
Dövlət başçısının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncamına əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin digər akt və qanunlarının, Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının edilmiş dəyişiklərə uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq və bu barədə dövlət başçısına məlumat vermək tapşırılıb.
“Vergi Məcəlləsi -2013” kitabı – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013
Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;
Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın