Vergilər Nazirliyindən açıqlama: 22 nəfərə şiddətli töhmət və 47 nəfərə töhmət verilib,

Vergilər Nazirliyindən açıqlama: 22 nəfərə şiddətli töhmət və 47 nəfərə töhmət verilib,

Nazirlik necə işçisinin vergi orqanlarında xidmətlərinə xitam verib?

2013-cü il ərzində Vergilər Nazirliyinə vətəndaşlardan “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub.
 


Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib. 2013-cü il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılıb, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına “Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və Vergi işçisinin etik davranış kodeksi” mövzusu əlavə edilib.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər