2014-cü ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq olundu

2014-cü ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq olundu

Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyinin 11/34-932 saylı, 23 dekabr 2013-cü il tarixli əmri ilə təsdiq olunan sənəd YALNIZ SAYTIMIZDA

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyinin 11/34-932 saylı, 23 dekabr 2013-cü il tarixli əmri ilə 2014-cü ilin iş vaxtı norması təsdiq olunub.

 

Qeyd edək ki,  iş vaxtının , həmçinin müavinətin və hamiləliyə görə məzuniyyətin düzgün hesablanması üçün bu istehsalat təqvimindən istifadə etmək lazımdır.

AZƏRBAYCAN RESPUBLİKASININ

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

 № 11/34-932                                                             “23” “dekabr” 2013- cü il

 

Mülkiyyət və təşkilatı-hüquqi formasından asılı

olmayaraq müəssisə, idarə və təşkilatlara

 

2014-cü ilin

İŞ  VAXTI  NORMASI

 

     Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2014-cü il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir. 

     Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin  ''2014-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 17 dekabr 2013-cü il tarixli 341 nömrəli  qərarına  əsasən 2014-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

 

1-2 yanvar

Yeni il bayramı;

20 yanvar

Ümumxalq hüzn günü;

8  mart

Qadınlar günü;

20, 21 , 22, 23, 24 mart

Novruz bayramı;

9 may

Faşizm üzərində qələbə günü;

28 may

Respublika günü;

15 iyun

Azərbaycan xalqının milli qurtuluş  günü;

26 iyun

Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

      28-29 iyul

--

Ramazan bayramı;

                  4-5 oktyabr

--

Qurban bayramı;                                                  

9  noyabr

--

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr

--

Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

 

 

 

        Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2014-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 17 dekabr 2013-cü il tarixli 341  nömrəli qərarına əsasən 2014-cü ildə həftələrarası istirahət günlərinin  iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq  beşgünlük  iş həftəsində 10, 25, 26 mart, 16 iyun, 6, 7 oktyabr və 10 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 16 iyun, 6 oktyabr və 10 noyabr tarixləri  istirahət günləridir.          

       Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 11 dekabr 2013-cü il tarixli 339 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsi rəhbər tutularaq 2013-cü ilin  28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlətinin yeri dəyişdirilmişdir.

       2014-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

       2014-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan, 7-si bayramqabağı iş günləridir), iş günü hesab edilməyən 113 istirahət günü (onlardan, 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri, 2-si isə iş günü ilə yeri dəyişdirilmiş istirahət günləridir), iş günü hesab edilməyən 18 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (240+113+18+1-7 = 365).

       Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

       2014-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

       Qanunvericiliyə uyğun olaraq 2014-cü il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1913 saat təşkil edir (233 x 8 + 7 x 7 = 1913 saat).

       İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq  tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat  (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2014-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

       İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

       İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.

 

 

 

Sənədi fayl şəklində yükləyin

P.S. Hörmətli, oxucular. Faylı yükləməkdə hər hansı probleminiz yaranarsa, zəhmət olmasa, [email protected] email adressine və ya comment yazmaqla istəyinizi bildirin. Sənədi Sizə göndərilməsini təmin edək.

---------------------------------------------------------------------

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı – Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər