DƏMX-in sədri İdris İsayevdən yoxlamalarla bağlı açıqlama
"Bununla bağlı cərimələrin artırılması da işəgötürənləri bu məsələyə məsuliyyətlə yanaşmağa vadar edəcək".
Artıq gələn ildən etibarən işçilərini Saziş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə sığortalamayanlara qarşı ciddi tədbirlər görüləcək. Fins.az-ın məlumatına görə, bu barədə ölkənin həyat sığortası şirkətlərinin Əmək Müfəttişliyi ilə əməkdaşlıq sazişi imzalaması mərasimində Müfəttişliyin rəisi İdris İsayev bildirib.
Onun sözlərinə görə, adı çəkilən sığorta növü işləyənlərlə yanaşı, işə götürən şirkətlərin də marağını qoruyacaq:"Bu sığorta növünün tətbiqinə qədər işçi ilə bağlı bütün xərclər işəgöürənlərin üzərinə düşürdü və onlar hadisə baş verəndə bütün xərcləri öz üzərinə götürməli olurdular. Bu da işə götürənlər üçün ciddi iqtisadi problem yarada bilərdi. Məhz bu sığortanın tətbiqi işçilərə daha etibarlı təminat verir".
Tədbirdə "Qala Həyat" sığorta şirkətinin idarə heyətinin sədri Əsgər Ələkbərov bu təşəbbüsün vaxtında irəli sürüldüyünü bildirdi: "Bu saziş sığorta şirkətlərini birgə əməkdaşlığını tənzimləyəcək, eləcə də həyat sığortası bazarının ümumilikdə inkişafına və əhalinin soaial təminatının inkişafında mühüm rol oynayacaq".
"Atəşgah Həyat" sığorta şirkətinin idarə heyətinin sədri Əkbər Mədətli bildirib ki, bu addım adı çəkilən icbari sığorta növünün geniş vüsət almasına imkan verəcək: "Bu sığorta növü işləyənlərin sosial maraqlarını qoruyur və işə götürənlər bu məsələyə ciddi yanaşmalıdır. Bir qədər əvvəl edilən dəyişikliklərə əsasən artıq hər bir hadisəyə görə sığorta şirkətləri tərəfindən ödənişlər ediləcək".
"Paşa Həyat" sığorta şirkətinin idarə heyəti sədrinin müavini Niyaz İsmayılov da bu sazişin işə götüənlərin məsuliyyətin i artıracağını bildirib: "Bu əməkdaşlıq çərçivəsində şirkətlərin məlumat bazaları inteqrasiya ediləcək və bunun nəticəsində bu sahəyə nəzarət daha da artacaq". N.İsmayılovun sözlərinə görə, bu sığorta növü məcburi xarakter daşımaqla yanaşı, həm də işəgötürənlər bu sığorta növünün onlar üçün necə faydalı olmasını görməlidirlər.
İ.İsayev isə bildirib ki, əgər işəgötürənlər bu sahədə lazımi qədər məlumatlı olsalar - onlar işçilərini məmnuniyyətlə sığortalayacaqlar: "Bu sazişlər bağlı tədbirlər plvanı hazırlanacaq və həyata keçiriləcək. Tədbirlərə işəgötürənlərin maarifləndirilməsi də daxildir. O cümlədən videoroliklərin hazırlanması və reklam işləri kimi addımlar atılacaq. Müfəttişliyin rəisi işçilərini sığorta etməyənlərə qarşı daha ciddi tədbirlər görüləcəyini qeyd edib: "Bununla bağlı cərimələrin artırılması da işəgötürənləri bu məsələyə məsuliyyətlə yanaşmağa vadar edəcək".
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın