
Səfəredənlər üçün ŞAD XƏBƏR
«Azərbaycan Hava Yolları» QSC-nin («Azal») beynəlxalq uçuşlarında hansı dəyişiklik edildi?
Dekabrın 25-dən etibarən «Azərbaycan Hava Yolları» QSC-nin («Azal») beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçirləcək.
QSC-dən «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklər nəticəsində «ekonom» sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, «biznes» sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer).
Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.
0 Komment
Şərh yazın