Hansı DƏMX-in regional müfəttişliyin rəisləri işdən azad edildi?

Hansı DƏMX-in regional müfəttişliyin rəisləri işdən azad edildi?

 Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev bəzi DƏMX-lər tərəfindən ənənəvi olaraq yoxlamaların aparılmasıni qeyri-məntiqi hal kimi dəyərləndirib

Dekabrın 20-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə respublikada əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirliyin mətbuat ximətindən “Qafqazinfo”ya daxil olan xəbəə görə, iclasda çıxış edən nazir Səlim Müslümov bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını deyib, konkret faktlar səsləndirib.
İclasda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev müfəttişliklərin ötən il və cari ilin 10 ayına dair fəaliyyətlərinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib. Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb.  Regional əmək müfəttişliklərinin xidməti ərazilərində olan müəssisələrdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ənənəvi olaraq yoxlamaların aparılması isə qeyri-məntiqi hal kimi dəyərləndirilib.
İclasda qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində ciddi dönüş yaradılması, əməyin mühafizəsi laboratoriyalarının işlək vəziyyətə gətirilməsi, qeyri-leqal məşğulluq hallarına qarşı tədbirlərin gücləndirilməsi, əmək hüquqlarının pozulması faktları aşkar edildiyi təqdirdə təsiredici amil kimi cərimələrin tətbiqinin diqqətdə saxlanılması və s. barədə müvafiq tapşırıqlar verilib.
Həmçinin vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilib, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib. Daha 3 müfəttişlyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər