Məktəbliləri niyə məcburi şəkildə tibbi müayinəyə göndərirlər?

Məktəbliləri niyə məcburi şəkildə tibbi müayinəyə göndərirlər?

Məktəblilərin göndərildiyi poliklinikalarda isə tibbi arayışın alınması müəyyən problemlər yaradıb

Son günlər paytaxt məktəblilərinin sinfindən asılı olmayaraq hər birinin tibbi müayinədən keçməyə göndərilməsi müəyyən narazılıqlar və suallar ortaya çıxarıb.

APA-nın xəbərinə görə, məktəblilərin hər biri onlara təqdim olunan arayışlara əsasən həkim nəzarətindən keçməli və sağlamlıqları barədə məktəbə məlumat verməlidirlər. Məktəblilərin göndərildiyi poliklinikalarda isə tibbi arayışın alınması müəyyən problemlər yaradıb. Bəziləri bunun Təhsil Nazirliyinin, digərləri ilə Səhiyyə Nazirliyinin qərarı əsasında həyata keçirildiyini bildiriblər.
 
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri  Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, məktəblilərin sağlamlıq haqqında tibbi arayış alması ilə bağlı nazirlik tərəfindən hər hansı bir göstəriş verilməyib. Onun sözlərinə görə, şagirdlərin poliklinikalara göndərilərək sağlamlığı ilə bağlı yoxlanması və arayışların alınması üçün tapşırıq yoxdur.

 
Araşdırma zamanı məlum olub ki, məktəblilərin məcburi tibbi müayinədən keçirilməsi “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Bakı Şəhər Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, uşaqların icbari dispanserizasiyası hər il daimi olaraq aparılacaq. Bununla bağlı bütün poliklinikalara məlumat verildiyini deyən R.Nağıyev qeyd edib ki, ildə bir dəfə uşaqlar icbari müayinədən keçiriləcək: “Bu il üçün işlər başlanıb və artıq yekunlaşmaq üzrədir. Bu prosesə cari ilin iyul ayından başlanıb. Lakin uşaqlar iyul-avqust aylarında yay tətilində olduqlarından bu proses sentyabrdan tam olaraq həyata keçirilir”.
 
Rəis müavini qeyd edib ki, uşaqların icbari müayinədən keçirilməsi onların dərsdən yayınmasına problem yaratmır. Onun sözlərinə görə, təhsil bir çox məktəblərdə beşgünlükdür və şagirdlər şənbə günü müayinədən keçə bilər: “Məktəblərin çoxunda mütəxəssislərin özləri gəlib məktəbliləri müayinədən keçirirlər. Lakin poliklinikada elə avadanlıq var ki, məsələn, USM, Rentgeni məktəblərə gətirmək olmur. Ona görə də uşaqların tibb müəssisələrində yoxlanması daha məqsədəuyğun olardı”.
 
İdarə rəsmisi uşaqların müayinədən keçirilən zaman məktəblilərdən və valideynlərdən əlavə vəsaitin tələb olunmasına münasibət bildirib. O qeyd edib, belə hal varsa, bununla bağlı onlara müraciət edilsin: “Kimsə belə neqativ hallarla rastlaşırsa, bu barədə məlumat versin və buna qarşı ciddi tədbirlər görüləcək”.
 
Bu prosesi həyata keçirən səhiyyə müəssisələrindən biri - 9 saylı uşaq poliklinikasının baş həkimi Aidə Hüseynzadə APA-ya açıqlamasında bildirib ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanuna əsasən, məktəblilərin sağlamlığını nəzarətdə saxlamaq məqsədilə orta məktəblərin tibb işçiləri tərəfindən onlara müvafiq göndəriş verilir və buna əsasən, şagirdlər istədikləri zaman dispanserizasiyadan keçə bilərlər: “Burada vaxt və zaman məcburi deyil. Biz demirik ki, dərsdən qaç, dərsdən qal. Sovet vaxtında biz məktəblərə gedib uşaqları dərsdən götürürdük. İndi isə uşaqlara göndəriş verilir və onlar da dərsdən ayrılmamaq şərtilə məktəbdən sonra gəlib sərbəst şəkildə müayinədən keçə bilərlər. Ümumilikdə, uşaqlar 7-8 tibbi müayinədən keçirilir. Bununla bağlı dövlətin qanunu var və hamı qanuna əməl etməli, müayinələrdən keçməlidir”

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər