Hər vergi əməkdaşına neçə vergi ödəyicisi düşür?
Akif Musayev: "Vergilər Nazirliyi vergi yığan bir qurum deyil"
“Dünyanın heç bir yerində heç kim könüllü olaraq vergi ödəmir. Hətta dünyanın ən inkişaf etmiş ölkəsində belə heç bir könüllü olaraq gətirib vergisini ödəmir”.
“APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən “Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü” adlı tədbirdə vergilər nazirinin müşaviri Akif Musayev bildirib.
Onun sözlərinə görə, bunun üçün mütləq məcburi bir sistem işləməlidir: “Bu gün Azərbaycanda 533 min vergi ödəyicisi var. Onlara isə 2 300 vergi orqanı əməkdaşı nəzarət edir”.
A.Musayev deyib ki, Vergilər Nazirliyi vergi yığan bir qurum deyil: “Vergilər Nazirliyi vergilərə nəzarət edən qurumdur. Vergiləri xalq özü yığmalıdır, könüllü olaraq vergilərini ödəməklə. Amma bizdə belə deyil”.
O qeyd edib ki, bu gün Azərbaycanda 3 dəqiqəyə vergi orqanlarında elektron formada qeydiyyatdan keçmək mümkündür. Vergilər Nazirliyi 57 elektron xidmətdən 51-ni tətbiq edir. Bu gün bununla bağlı aparılan işlər davam etdirilir.
A.Musayev deyib ki, bu gün Vergilər Nazirliyi “Bələdiyyələrin elektron uçotu”nun qeydiyyata alınması üzərində çalışır: “Bunun üzərində işlər aparılır. Bu, çox böyük bir layihədir. Bunu da həyata keçirəcəyik”.
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın