İstirahətə “Şahdağ” qış-yay turizm kompleksinə getmək istəyənlər üçün xəbər

İstirahətə “Şahdağ” qış-yay turizm kompleksinə getmək istəyənlər üçün xəbər

Otel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” oteli geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir.

“Şahdağ” və “Pik Palas” otellərinin açılışı olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və xanımı “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.
Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.

Paytaxtdan 230 kilometr şimalda, “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Pik Palas” oteli dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuşdur və onun hər bir elementi məmnunluq doğurur.
Dövlət başçısı otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


Otel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” oteli geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunmuşdur. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır.
Mehmanxananın lobbisində yerləşən “Chocolat Patisserie” cah-calallıq və rahatlıq aurası yaradır. Burada şokolad trüfeli hazırlanan guşə mövcuddur. “Alpina Brasserie & Wine Bar” gün ərzində nahar etmək üçün nadir inqrediyentlər və orijinal yeməklər təqdim edir. “Fujisan Restaurant & Bar” Yaponiya və Koreya yeməklərinin nadir vəhdətini təcəssüm etdirən mətbəxi ilə fərqli təcrübə təklif edir. Dəbdəbəli SPA məkanında çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və SPA prosedurları, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. Sütunsuz, hündür tavanlı, təbii gün işığı ilə işıqlanan “Akasiya” ziyafət zalında ayaqüstü tədbirlər üçün 600-ə qədər, banket üslubunda 350-dək qonağı yerləşdirmək mümkündür.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu “Şahdağ” otelinin açılış mərasimində iştirak etdiblər

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər