Gəlir vergisinin hesablanmasında CİDDİ DƏYİŞİKLİK
Prezident Vergi Məcəlləsi ilə ciddi bağlığı olan qanunu təsdiq etdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunlarını imzalayıb.
APA-nın məlumatına görə, ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.
Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, əsas iş yerində 200 manatadək olan əmək haqqılarından 125 manat çıxılırdı. Artiq 01 yanvar 2014-cü il tarixdən etibarən isə bu rəqəm 136 manat olacaq.
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
0 Komment
Şərh yazın