DƏMX-dən sahibkarlara yeni yoxlama xəbərdarlığı

DƏMX-dən sahibkarlara yeni yoxlama xəbərdarlığı

Cərimənin məbləği fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5000 manat nəzərdə tutulub.

Azərbaycanda işçilərin sığortalanması ilə bağlı nəzarət tədbirləri güclənəcək. Bu barədə fins.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. Xidmətin rəis müavini MəhərrəmMəhərov fins.az-a bildirib ki, Müfəttişlik həyata keçirdiyi digər məsələlərlə yanaşı, işçilərin sığortalanıb-sığortalanmadığını da araşdıracaq.

Onun sözlərinə görə, təşkilat və müəssisələrdə əmək şəraiti ilə bağlı tələblərə əməl olunması üzrə nəzarət tədbirləri daimi keçirilir: "O cümlədən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən sığortanın olub olmaması da yoxlanılır".
Xatırladaq ki, Azərbaycanda işçilərini icbari sığortalamayan şirkətlər və sahibkarlar üçün cərimələrin kəskin artırılıb. Fins.az-ın məlumatına görə, inzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığortalamamasına görə, cərimənin məbləği fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5000 manat nəzərdə tutulub. Başqa sözlə, fiziki şəxslər üçün cərimənin məbləği 50 dəfə, hüquqi şəxslər üçün isə 100 dəfə artıb

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər