Şəxsi avtomobilləri evakuatorla aparmaq işi Nəqliyyat Nazirliyini də həvəsləndirdi
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan sürücülərə zərbə
Bundan sonra yol polisilə birgə Nəqliyyat Nazirliyinin evakuatorları da maşınları cərimə meydançasına aparacaq
Bundan sonra Bakıda sərnişindaşıma ilə məşğul olan avtobus və minik maşınları Nəqliyyat Nazirliyinin evakuatorları tərəfindən də cərimə meydançasına aparılacaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, avtobuslar, taksilər lisenziyasız fəaliyyət göstərirsə, bu zaman nazirliyin əməkdaşları həmin avtomobilləri xidmətdən kənarlaşdıracaqlar.
“Bəzən lisenziyanın şərtlərini pozduqda, vergini vaxtında ödəmədikdə, texniki müayinədən keçmədikdə və sürücü tibbi yoxlanış olunmadıqda, lisenziyanın şərtləri pozulur. Bu zaman avtomobil xidmətdən kənarlaşdırılır. Həmin avtomobilin Nəqliyyat Nazirliyinin cərimə meydançasında saxlanılır. Bundan başqa, əgər vətəndşa öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edibsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər”, - deyə Namiq Həsənov bildirib.
Namiq Həsənovun sözlərinə görə, artıq bu qərar 10 gündür qüvvəyə minib: “Artıq dövlət yol polisinin evakuatoru ilə bərabər Nəqliyyat Nazirliyinin evakuatoru da maşınları cərimə meydançasına aparanda, bunu anormal hal kimi qarşılamasınlar”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın