2014-cü ildə Novruz, Ramazan, Qurban bayramlarında qeyri-iş günləri ilə bağlı qərar qəbul olundu

2014-cü ildə Novruz, Ramazan, Qurban bayramlarında qeyri-iş günləri ilə bağlı qərar qəbul olundu

Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq  hansı günlər Novruz, Ramazan və Qurban Bayramı olacaq?

Azərbaycan hökuməti 2014-cü ildə Novruz, Ramazan, Qurban bayramlarında qeyri-iş günləri ilə bağlı qərar çıxarıb.


Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər