Milli Məclisin deputatı Siyavuş Novruzov maaşların az olmasından danışdı

Milli Məclisin deputatı Siyavuş Novruzov maaşların az olmasından danışdı

"Ümumiyyətlə, insanların əmək haqlarının soruşulması düzgün deyil. "

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, cəmiyyəti çaşdırmaq onlarda yalnış informasiya yaratmaq kimi hallar düzgün deyil: “Artıq neçə illərdir ki, parlamentdə maaş artımı olmamışdı. Sovet ölkələrinə nəzər yetirdikdə görərik ki, ən az maaş məhz bizim ölkədədir. Bir çoxları millət vəkillərinin maaşlarını müəllimlərin əmək haqları ilə müqayisə edirlər.

Qeyd etməliyəm ki, parlamentin cəmi 125 deputatı var. Təhsil sahəsində isə 500 min insan çalışır. Biz daima insanların sosial rifahının yaxşı olması üçün müxtəlif qanun layihələrini müzakirə edirik. Danılmaz faktdır ki, müəllim və həkimlərin maaşları da artır. Bu dövr ərzində onların əmək haqları 51 faiz artıb. Ona görə də bu məsələ də müqayisə etmək olmaz. Bir faktı da qeyd edim ki, bu ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait həcminə görə ordudan sonra ikinci yerdə durur. Milli Məclisin büdcəsi isə onun 3-də biridir. Müxalifətdə iqtisadiyyatı dərindən bilməyən və insanları qızışdırmaq istəyənlər var. Onlar mütləq şəkildə dünya praktikasından istifadə etməlidirlər. Belə məsələləri ortaya atmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanda bütün sahələr üzrə müsbət inkişaf gedir. Ümumiyyətlə, insanların əmək haqlarının soruşulması düzgün deyil. Bunu götürüb qəzetlərin gündəmini bəzəmək olmaz”.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər