Milli Məclisdən Bahalaşma fonunda maaş artımı xəbəri
İşçilərin bu xəbəri müdirlərin yanında oxuması məsləhətdir.Bəlkə, xeyiri oldu...
Milli Məclisin bugünkü plenar iclasında “Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi müzakirə edilib. “Qafqazinfo” xəbər verir ki, layihə haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri qeyd edib ki, qanunda “1950” manat sözləri “2250 manat” sözləri ilə əvəz edilib:
"Amma qeyd edim ki, bu məbləğdən vergilər də çıxılır. 14 faiz gəlir vergisi, 3 faiz DSMF-yə, 2 faiz isə Həmkarlar İttifaqına çıxılır.
Beləliklə də, yerdə qalan rəqəm 1822 manat edir".
Qanun layihəsi müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın