Dövlət Neft Şirkətindən büdcəyə ödənişləri ilə bağlı maraqlı rəqəmlər

Dövlət Neft Şirkətindən büdcəyə ödənişləri ilə bağlı maraqlı rəqəmlər

2013-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş ... 147 milyon 765 min manat təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəyib ki, bu da ötən ilin noyabr ayına nisbətən 35 milyon 346 min manat və ya 127,6 faiz çox olub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənib.

Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çox olub.
Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 275 min manat vəsait köçürüb. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çox olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 147 milyon 765 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3 milyon 198 min manat və ya 102,2 faiz çox olub.

 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər