Bankın müşahidə Şurasının oğlu İnterpola verildi
Bir neçə ölkənin vətəndaşlığını daşıyan Fuadın hazırda ABŞ-da olduğu ehtimal olunur...
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən il fəaliyyəti dayandırılmış “Röyal Bank”ın direktoru 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur.
Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib.
Fuad Əli oğlu Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Fuad Cam “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.
Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 2012-ci ildə “Royal Bank”ın lisenziyası ləğv edilib.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
0 Komment
Şərh yazın