Əmək qanunvericiliyinə ciddi dəyişiklik təklif olunur
Təhsil Nazirliyinin bu təklifi işə düzəltmək istəyənlər tərəfindən birmənalı qəbul edilməyəcək...
Azərbaycan Təhsil Nazirliyi əmək qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu gün keçirilən brifinqdə bildirib ki, bu gün əmək bazarında bir çox peşələr üzrə işlədikdə təhsil sənədi tələb olunmur:
"Hər bir peşənin özünün öyrənilmə tələbi var. Dünya əmək bazarında sadə hesab etdiyimiz bir çox peşələr üzrə - xidmət sektorundan tutmuş sənaye sahəsinədək - işləyənlərdən müvafiq təhsil sənədi tələb olunur. Bu, keyfiyyətin bir zəmanəti kimi qəbul olunur. Ancaq biz bu gün öz qanunvericiliyimizi təhlil edəndə görürük ki, müəyyən peşələr üzrə sadəcə orta təhsil tələb olunur. Müvafiq, spesifik hazırlıq isə tələb olunmur".
N.Məmmədov deyib ki, bu gün insanlar müəyyən iaşə obyektlərində göstərilən xidmət səviyyəsindən razı qalmırlar. Bu isə ondan irəli gəlir ki, işəgötürənlər işə götürdükləri işçinin hansı təhsil alması ilə maraqlanmırlar: "Artıq bu, bir tələb kimi qoyulmalıdır ki, işçi götürülərkən onun müvafiq hazırlığı olmalıdır. İstər qısa, istər uzunmüddətli olsun, işçi hazırlıq keçməlidir. Bununla bilinməlidir ki, o, hansı bacarıqlara sahibdir. Bu, peşə təhsili ilə bağlı olan xidmətlərin keyfiyyətinin artırılması baxımından zəruridir".
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
0 Komment
Şərh yazın