Millət Vəkilindən sərt açıqlama
"Büdcə müzakirələrində Maliyyə naziri dedi ki, qiymət artımı nəzərdə tutulmayıb. Birdən-birə benzinin qiymətinin 30-33 faiz qalxması nə deməkdir? Artıq bazarlarda 20-30 faiz qiymət qalxıb..."
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında yanacağın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə olunub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, komitənin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, büdcəni cəmi 1 aydır ki, müzakirə etmişik:
“Əgər qiymət artımı var idisə, bunu açıq deyərdilər. Biz İqtisadi Siyasət Komitəsinin üzvləriyik. Bunu bilməliydik. Büdcə müzakirələrində Maliyyə naziri dedi ki, qiymət artımı nəzərdə tutulmayıb. Birdən-birə benzinin qiymətinin 30-33 faiz qalxması nə deməkdir? Artıq bazarlarda 20-30 faiz qiymət qalxıb.
Biz ən azından birinci yarım ili gözləməliydik ki, dünya bazarında neftin qiyməti necə dəyişir. Əhali ilə görüşən bizik, onlar narazılıqlarını bizə bildirirlər. Niyə bunlar bizimlə oynayırlar? Belə çıxır ki, millət vəkillərinin dedikləri qəbul etdiyi qərarlar heç kimə lazım deyil. İnsanlar çox narazıdır. Bu, ölkədə hər şeyə gətirib çıxara bilər”.
Daha sonra millət vəkili qeyd edib ki, o, İqtisadiyyat və Sənayə nazirinin müavinindən də bu barədə soruşub:
“Sevinc xanımdan dəfələrlə soruşdum ki, artım gözlənilirmi? Yox cavabını verdi. Axırı nə oldu? Qiymətlər qalxdı, bu da xalqın narazılığına səbəb olub. Bununla hökumət deputatları pis vəziyyətdə qoydu”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın