50 kərə təşəkkür

50 kərə təşəkkür

Təsisçi Anar Bayramov: BU TƏŞƏKKÜRÜN ÜNVANI SİZSİNİZ, ƏZİZ OXUCULAR!

İlk sayımızın nəşrinin planlaşdırılmasını aparanda bizi qarşıda çətin, eyni zamanda, şərəfli yolun gözlədiyini bilirdik. Sevindirici haldır ki, bu uzun yolda oxucular bizə hər zaman həm maddi, həm də mənəvi dəstək oldular. Onların ən böyük dəstəyi hər gün təşkilatımıza gələn onlarla zənglər və emaillərdir. Bu gün işindəki problemləri bizim köməyimizlə həll edən, saytımızda dərc olunan vakansiyalar hesabına iş tapan oxucularımızın təşkilatımıza göndərdiyi səmimi məktubları oxumağın zövqünü heç nə əvəz edə bilməz. Məhz bu qiymətsiz dəstəyin hesabına 10-a yaxın kitab nəşr etdik, hər gün 3 000-ə yaxın insanın daxil olduğu sayt, 6000-ə yaxın üzvü olan Facebook səhifəsi yaratdıq və ən əsası 50 dəfə qapınızı döyərək jurnalımızı təqdim etdik. 

50 kərə təşəkkürSizə çox təşəkkür edirik, əziz Oxucularımız!!!
Bu şərəfli yolda bizə yardımçı olan jurnalımızın ekspertləri, sərbəst auditor Altay Cəfərova, bu yaxınlarda Bakıda qonağımız olan amerikalı psixoloq Susan McAnichə, baş redaktorumuz Qalib Toğrul başda olmaqla vaxtilə bizimlə çalışmış və hazırda çalışan kollektivimizin köhnə və yeni üzvlərinə -  Səbinə Quliyevaya, Vüsalə Vəliyevaya, Günel Məhərrəmovaya, Nuriyyə Nəsibovaya, Rövşən İbadova, Əkbər Talışova və Vüqar Rüstəmova təşəkkür etmək istərdim.  
Dostlar! Gəlin, həyatda savab qazanmaq üçün əlimizə düşən bu şansı lazımınca dəyərləndirək!
Öyrətmək SAVAB, öyrənmək  QAZANC!

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər