DYP cəriməsi olan maşının satıldığı halda qaranlıq olan məsələyə aydınlıq gətirdi
"Belə ki, avtomobilin əvvəlki sahibi hansısa qayda pozuntu edir, sonra da deyir ki, maşını satıram və problemlə rastlaşmayacağam, saxlayanda da maşını satdığım adamı saxlayacaqlar, o da ödəyər"
Respublika Baş Dövlət Yol Polisi İdarəsi barələrində inzibati protokol tərtib edilmiş sürücü, sərnişin və piyadalara xəbərdarlıq edərək bildirir ki, cərimələrini vaxtında ödəməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq əlavə cəza tədbirləri görüləcək. Ona görə də əlavə problemlərlə rastlaşmaq istəmirlərsə, diqqətli olmalı və ödəmələri vaxtında etməlidirlər.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K.Əliyev qeyd edib ki, cərimələrin ödənilməməsi hallarından bir çoxu avtomobili etibarnamə ilə satdıqdan sonra yaranır: "Belə ki, avtomobilin əvvəlki sahibi hansısa qayda pozuntu edir, sonra da deyir ki, maşını satıram və problemlə rastlaşmayacağam, saxlayanda da maşını satdığım adamı saxlayacaqlar, o da ödəyər. Amma fikirləşmir ki, 2 ay müddətinə cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin saxlanması barədə qərar çıxır. Həmin avtomobili kimin idarə etməsindən asılı olmayaraq, o, saxlanılaraq duracağa qoyulur. Yəni cərimə ödənilməyəndə avtomobili satdığı adamın yox, məhz həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılır".
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın