"Monitor Konsaltinq" jurnalının 50-ci sayı üçün Qalib Toğrulun təqdimatında

"Monitor Konsaltinq" jurnalının 50-ci sayı üçün Qalib Toğrulun təqdimatında

“Monitor Konsaltinq” həm də bu jurnalı hazırlayan kiçik bir kollektivin vicdanının səsidir. Halalı seçmiş, harama nifrət eləyən, “elin üçün ağlayanın kor qalmayacağına” özünü inandırmış kollektivin haqq səsidir. O səsin min-min nahaq səsin arasında duyulduğuna, eşidildiyinə inandığımızdan bu yolda inamla addımalyırıq.

Jurnalımızın 50-ci sayı da çıxdı. 50 sayda dərc olunan məqalələr, müsahibələr, şərhlər Azərbaycanın iqtisadi tarixinin bir parçasıdır. Jurnalın hansı sayını vərəqləsəniz, həmin ilin həmin ayında ölkəmizin iqtisadi sektorunda – vergi, gömrük, bank, maliyyə və sığorta sektorlarında, sosial sahədə, bir sözlə iqtisadi həyatda baş verənlərin təcəssümünü görərsiniz.  Lap xırda xəbərdən tutmuş ən mühüm məqaləyə, müsahibəyə kimi hər bir yazı özlüyündə bir informasiya yükünün daşıyıcısıdır. O informasiya yükünü bugunkü oxucuya çatdırmaqla yanaşı, gələcək nəsillər üçün arxivləşdirmək, qorumaq “Monitor Konsaltinq” jurnalının ən mühüm missiyasıdır. Biz - jurnalı ərsəyə gətirənlər həmişə inanmışıq ki, ölkəmizin, iqtisadiyyatımızın ən xoş, ən sevincli xəbərlərini oxucuya biz çatdıracağıq, Tanrı bizə bu gözəl günləri nəsib edəcək. Elə bu arzu ilə, bu ümidlə də “Monitor Konsaltinq”in işığına yığışmışıq. O işıqdan məmləkətimizdə yaşayan hər kəsə pay yetəcəyinə inanaraq belə bir jurnalı çıxarmağa qərar vermişik. 50-ci sayı hazırladığımız bu günlərdə yanılmadığımıza bir daha əmin olduq.

Əmin olduq ki, “Monitor Konsaltinq” jurnalı bu ölkə üçün faydalı bir nəşrdir. Onun daşıdığı missiya bu cəmiyyət üçün xeyirlidir, bu ölkənin vicdanlı, işıqlı, çalışqan insanları üçün bir mayakdır. Elə bir mayak ki, insanları istiqamətləndirir, onları doğruları yapmağa səsləyir, “yolundan azmışların yoluna” yönlənməyə qoymur.

Əgər bu dünyada kim üçünsə faydalısansa, deməli, yaşamağa haqqın var. Bu təkcə insana münasibətdə özünü doğrultmur. Namuslu əməyin məhsulu olan jurnallara, kitablara, filmlərə, rəsm əsərlərinə və daha nələrə şamil etmək olar bu fikri. Cəmiyyət məhz belə aynalarda özünü, əyriləri və dorğuları ilə birlikdə, bütünlükdə görür. Olanı görür! Artırmadan, əksiltmədən, necə varsa...

“Monitor Konsaltinq” həm də bu jurnalı hazırlayan kiçik bir kollektivin vicdanının səsidir. Halalı seçmiş, harama nifrət eləyən, “elin üçün ağlayanın kor qalmayacağına” özünü inandırmış kollektivin haqq səsidir. O səsin min-min nahaq səsin arasında duyulduğuna, eşidildiyinə inandığımızdan bu yolda inamla addımalyırıq.

İnanırıq ki, gün gələcək “Monitor Konsaltinq” kimi jurnallar çoxalacaq, maliyyə cəhətdən daha etibarlı, tərtibat baxımdan daha nəfis, məzmun baxımdan daha maraqlı olacaq. Biz həmin günün gəlməsi, ölkəmizdə əsl iqtisadi nəşrlərin çoxalması ümidilə, çətin də olsa belə bir jurnal buraxır, onun dayanmamasına çalışırıq. İnanırıq ki, o gün uzaqda deyil!

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər