Gənclər, bu xəbərə inanaq yoxsa inanmayaq?
Milli Məclisdən olan bu açıqlama gəncləri iş tapmaqda çox ümidləndirəcək
Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində əksini tapıb.
H.Rəcəbli qeyd edib ki, layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlər təmin olunması ilə bağlı xüsusi müddəalar var:
“Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələrin bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.
Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın