Mülki Məcəllədə ciddi dəyişiklik
Bu dəyişiklik hüquqi şəxslərə necə təsir edəcək?
Milli Məclis cümə günü keçirdiyi iclasında Mülki Məcəlləyə dəyişiklikləri təsdiq edib. Trend-in məlumatına görə, dəyişikliklər ləğv edilən hüquqi şəxslərin kreditorlarının bütün tələblərini ödəmək üçün ödəniş qabiliyyətini təsdiq edən rəsmi deklarasiyanın qəsdən qəbuluna görə cərimənin tətbiq edilməsini nəzərdə tutur.
Vəzifəli şəxslər üçün cərimə 1000 manat həcmində müəyyənləşdirilib. Dəyişikliklər, həmçinin hüquqi şəxslərin ləğvi müddətini müəyyənləşdirir ki, bu da maksimum 1 il müddətinə təyin edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, ilk dəfə olaraq hüquqi şəxslərin könüllü ləğvi tətbiq edilib.
Dəyişikliklərə əsasən, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyata alınma müddəti iki günədək azaldılacaq, məhdud öhdəlikli yerli cəmiyyətlərin qeydiyyatı elektron müraciətdən dərhal sonra, adi müraciət halında isə bir gün ərzində aparılacaq.
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
0 Komment
Şərh yazın