Şahdağ kurortu qış mövsümünün açılması tarixini elan etdi

Şahdağ kurortu qış mövsümünün açılması tarixini elan etdi

Bundan əlavə, qiymətlər haqqında məlumat da verildi

Şahdağ kurortu qış mövsümünün qiymətlərini açıqladı
Böyüklər üçün piyada gəzintinin qiyməti 10 manatdır.

Azərbaycanda yeganə qış-yay turizm kompleksi olan Şahdağ turizm mərkəzi dekabrın 15-də başlayacaq və aprelin 7-də başa çatacaq növbəti qış mövsümü üçün qiymətləri elan edib.

Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə Şahdağın direksiyasından bildiriblər.

Belə ki, yeni mövsümdə böyüklər üçün bir həftəlik putyovkanın qiyməti 400 manat, uşaqlar üçün (6-11 yaş) 320 manat təşkil edir.


“Şahdağda birgünlük istirahət və yaşam üçün qiymət böyüklər üçün 15, uşaqlar üçün 12 manat təşkil edir. Xidmətlərlə birlikdə birgünlük yaşayışın qiyməti 25, iki günlük yaşayış 21 manat (xidmətlərlə birlikdə 43 manat), üç günlük – 20 manat (60 manat), dörd günlük – 19 manat (76 manat), beş günlük – 18 manat (90 manat), yeddi günlük – 16 manat (112 manat). Piyada gəzinti böyüklər üçün 10 manat, uşaqlar üçün 5 manatdır” – deyə, məlumatda bildirilir.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər