Prezidentin sərəncamı ilə Vergi Məcəlləsinə dəyişiklik edildi

Prezidentin sərəncamı ilə Vergi Məcəlləsinə dəyişiklik edildi

Dəyişikliyə əsasən, 165.1.2-c maddəsinin öncəki və yeni versiyası

15 noyabr 2013-cü il tarixli Prezidentin sərəncamı ilə Vergi Məcəlləsində dəyişiklik edilib. Dəyişiklik Vergi Məcəlləsinin “Əlavə Dəyər vergisi”  fəslinə edilib. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu aşağıdakı şəkildə olub:

I. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.1.2-ci maddəsində “xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar)” sözləri “qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar” sözləri ilə əvəz edilsin.
Beləliklə, Dəyişiklikdən öncəki və sonrakı redaksiya aşağıdakı şəkildə olub:
Maddə 165. Verginin sıfır (o) dərəcəsi ilə tutulması
Əvvəlki redaksiyada
165.1.2. xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar) hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
İndiki redaksiyada
165.1.2. müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;

 “Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər