Elman Rüstəmov yeni əksinaslarla bağlı açıqlama verdi
3 və 200 manatlıq əksinasları görəciyik?
Mərkəzi Bank yeni nominalda əsginaslar buraxmaq niyyətində deyil.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.
Bu günlərdə parlamentin plenar iclasında yeni, 3 manatlıq əsginasların dövriyyəyə buraxılması zərurəti ilə bağlı səsləndirilən təklifi, bundan əvvəl isə 200 manatlıq əsginasın buraxılacağı barədə xəbərləri şərh edən E.Rüstəmov bildirib ki, dünyanın əsas valyutaları və daxili amillərin təhlili nəticəsində hazırda 6 nominalda əsginas və 6 nominalda sikkədən ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac yoxdur.
AMB başçısı ABŞ dolları, Britaniya funtu, avro və digər valyutaları misal gətirərək bildirib ki, həmin valyutaların əsginasları da 1 və 5 nominallı arasında valyuta vahidləri arasında başqa nominalda pul yoxdur:
“ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əsginas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilməyib və hazırda bu əsginaslar işləmir.
Eyni zamanda, Azərbaycanın daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların optimal olduğunu göstərir”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın